Açıq məlumatlar nədir?
Açıq məlumatlar dedikdə maşınla oxunan (maşın tərəfindən oxuna bilən) formatda təqdim olunan və dəyişiklik edilmədən (“İnformasiya əldə etmək haqqında” Qanuna əsasən) daha çox istifadə ediləcəyi və ya təkrar çap olunacağı nəzərdə tutulan ümumi açıq rəqəmsal informasiya ehtiyatları başa düşülür. Başqa sözlə, açıq məlumatlar, müxtəlif məqsədlər üçün məlumatlar, xidmətlər və tətbiqlərdən istifadə etməklə yaradıla bilən maşınla oxunan formatda çap olunan ölkənin dövlət qurumlarının əlçatan məlumatlarıdır.
Açıq məlumat portalı nəyə lazımdır ?
Açıq məlumatlar portalı müəllif hüququ, patent və ya digər istənilən nəzarət mexanizmləri ilə yenidən istifadə üçün məhdudiyyətlər qoyulmadan maşınla oxuna bilən formatda dövlət orqanlarının və digər təşkilatların açıq məlumatlarını təmin edən bir məlumat sistemidir. Açıq məlumatlar portalı dövlətin və dövlətlə vətəndaşlar arasında olan qarşılıqlı əlaqələrin şəffaflığı məqsədilə həyata keçirilən Açıq Hökumətin tərkib hissələrindən biridir. Portal ilk növbədə dövlət orqanlarının məlumatlarına ehtiyacı olan hər kəsə kömək etmək məqsədi daşıyır.
Hansı məlumatlar əlçatandır və onları kim yerləşdirir?
Açıq məlumatlar dövlət orqanları tərəfindən “İnformasiya əldə etmək haqqında” və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunlar əsasında yerləşdirilir. Digər informasiya sahibləri məlumatları öz şəxsi təşəbbüsləri və vətəndaşların müraciətləri əsasında yerləşdirirlər. Hökumət orqanları açıq məlumatların siyahısını təsdiqləyir və bu məlumatları həmin siyahılara görə portalda yerləşdirirlər. Siyahıda maraqlandığınız məlumatlar olmadığı halda, siz dövlət orqanına həmin məlumat üçün müraciət edə bilərsiniz. data.gov.az portalında mərkəzi hakimiyyət orqanlarının və respublika statuslu şəhər və rayonların icra hakimiyyətlərinin məlumatları müxtəlif kateqoriyalarda yayımlanır: Təhsil, Səhiyyə, Rabitə, Statistika, Mədəniyyət və s. Portalda məlumatları kateqoriyalara və ya dövlət qurumlarına görə seçə bilərsiniz. Portalda müxtəlif tipli məlumatlar təqdim olunur: təsvir, əlaqə məlumatları, iş saatları, coğrafi yerləşmə və s.
Məlumatlar necə istifadə oluna bilər?
Məlumatları aşağıdakı kimi müxtəlif istiqamətlərdə istifadə edə bilərsiniz: bir sahədəki dəyişiklikləri təhlil etmək və ya hökumətin fəaliyyətinin müxtəlif hissələrini müqayisə etmək. Tərtibçilər əsas məlumatlardan istifadə etməklə sonralar istənilən şəxsin istifadə edə biləcəyi faydalı proqramlar yarada bilərlər. Bir çox imkanları təmin edən yeni API-dən də istifadə etmək olar. API-in işi barədə daha ətraflı məlumatı “Məlumatlar” bölməsindəki “API haqqında” altbölməsində tapmaq olar.
API vasitəsilə hansı məlumatlar əlçatandır?
Portala kompüterin köməyi ilə və inteqrasiya yolu ilə yerləşdirilən bütün açıq verilənlər toplusu API vasitəsilə əlçatandır. API - tətbiq / kitabxana / xidmət və ya əməliyyat sistemi tərəfindən təmin olunan xarici proqram təminatı məhsullarında istifadə üçün nəzərdə tutulan istifadəyə hazır bir sıra növ, prosedur, funksiya, struktur və sabit kəmiyyətlərin toplusudur. Proqramçılar ondan müxtəlif proqramların hazırlanmasında istifadə edirlər. Bu, tərtibatçılar və digər portal istifadəçiləri üçün rahat şəkildə sistemə birbaşa sörğu göndərməklə məlumatların əldə edilməsinə imkan verir. API-in işi barədə daha ətraflı məlumatı “Məlumatlar” bölməsindəki “API haqqında” altbölməsində tapmaq olar.
Metadata nədir?
Metadata (metaməlumatlar) kontent və ya xidmətlərlə bağlı əlavə məlumatlara aid məlumatlardır. Metadata, böyük məlumat axınlarında avtomatik olaraq axtarış və idarə etmə imkanı verən bəzi obyektlərin xarakteristik əlamətləri barədə məlumatı açıqlayır.