Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
Məlumat Hesablama Mərkəzi
Açıq Hökümət Məlumatlarından istifadə etməklə

"Bax, İstifadə et, Yarat"

adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsini

ELAN EDİR

Müsabiqənin məqsədi:

Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması üçün Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi, startapçılığın təşviqinin həyata keçirilməsidir.

 

Müsabiqənin şərtləri:

· Müsabiqədə fərdi və ya komanda şəklində iştirak etmək olar. (Komanda üzvlərinin sayı 5 nəfərdən artıq ola bilməz)

· Tətbiq hazırlayarkən Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” portalındakı (data.gov.az) məlumatların ən azı birindən istifadə edilməlidir.

· Təqdim edilən materiallar fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüquqlarını pozmamalıdır.

 

Müsabiqədə qiymətləndirmə meyarları:

Meyar

Bal

Əmsal

1

Sosial əhəmiyyət (S)

0-10

3

2

Funksionallıq (F)

0-10

2

3

Tamlıq (T)

0-10

2

4

Dizayn (D)

0-10

2

5

Məzmun (M)

0-10

2

Yekun bal = 3 x S + 2 x F + 2 x T + 2 x D + 2 x M


Yekun ballar eyni olduqda qiymətləndirmə daha üstün meyar üzrə müqayisə ediləcək (meyarlar cədvəldə üstünlüyünə görə sıralanıb) və üstünlük həmin meyar üzrə daha çox bal toplayana veriləcək.

 

Müsabiqənin mükafat fondu:

  • 1-ci yer - 2000 AZN

  • 2-ci yer - 1500 AZN

  • 3-cü yer - 1000 AZN

  • İştirakçı tələbələr Microsoft BizSpark layihəsi çərçivəsində Microsoftun masaüstü proqramlarını, server həllərini və Bulud imkanlarını əldə edəcəklər.

  • Yüksək Texnologiyalar Parkı üçün maraqlı olan 2 layihənin müəllif(lərinə) 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradılacaq;

  • Tələblərə uyğun mobil əlavəsini təqdim edən hər bir iştirakçıya e-imza sertifikatı təqdim ediləcək.

DİQQƏT !

"Bax, İstifadə et, Yarat!" müsabiqəsində iştirak etmək istəyənlər 13.11.2017-ci il tarixindən başlayaraq data.gov.az portalındakı "Müsabiqələr" menyusuna keçid edərək uyğun bölmədə qeydiyyatdan keçməli və 25.11.2017-ci il saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər.

26.11.2017-ci il tarixində iştirakçılar müsabiqəyə təqdim etdikləri tətbiqin təqdimatını münsiflər heyyətinə təqdim etməlidir.

Qiymətləndirmə nəticələrinin açıqlanması və qaliblərin mükafatlandırılması “Bakutel 2017” sərgisi çərçivəsində baş tutacaq.

 

QEYD:

Müsabiqədə iştirak etmək istəyənlər üçün 21 noyabr 2017-ci il saat 14:00 tarixində keçiriləcək tədbirdə “Açıq Hökumət Məlumatları” portalının yeni versiyası təqdim olunacaq, müsabiqə şərtləri ilə bağlı ətraflı məlumat veriləcək. Müsabiqədə iştirak etmək istəyənlər tədbirə dəvətlidir.
Ünvan: Tbilisi prospekti 1054 (keçmiş Nəqliyyat Nazirliyinin binası)

Müsabiqədə iştirak edin