DATA.E-GOV.AZ

Açıq məlumatlar Açıq Hökümət təşəbbüsünün bir hissəsi kimi Elektron Hökümətin ayrıca bir elementidir. Data.gov.az portalı vasitəsi ilə cəmiyyət dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilər. Portal dövlət orqanlarının məlumatlar toplusunun təsvirini, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir. Məlumatlar və məlumatlar toplusunun siyahısı müntəzəm olaraq təkmilləşdiriləcək

Elektron demokratiya

Data.gov.az portalının uğuru əhalinin nə dərəcədə portal və məlumatlarla işləməsinə cəlb olunmasından asılıdır. DATA.E-GOV.AZ portalının əsas məqsədi məlumatların istifadəsi və onların əsasında əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imakanının yaradılması, hərtərəfli təhlil və tədqiqatların aparılmasıdır. Data.gov.az portalının təkmilləşdirilməsi işi müntəzəm olaraq aşağıdakı vasitələrin köməyi ilə aparılacaq:
- əks əlaqə;
- istifadəçilərin rəyi və şərhləri;
Bizə məlumatlar toplusu ilə bağlı Sizin istəklərinizi, o cümlədən cari məlumatlara qiymət və şərhlərinizi və portalın təkmilləşdirilməsi üçün təkliflərinizi almaq önəmlidir. Biz böyük maraq və səbirsizliklə DATA.E-GOV.AZ portalı haqqında Sizin ideya və sərhlərinizi gözləyirik.

Məqsədlər

1. Açıq dövlət məlumatlarına rahat giriş imkanı;
2. Əlavə dəyərin yaradılması -innovativ ideyaların rəğbətləndirilməsi;
3. Təhlil və tədqiqatların asanlaşdırılması;
4. Hökumət işinin şəffaflığı;
5. Dövlət orqanlarının effektivliyinin və səmərəliliyinin artırılması;